Bankların dollar tələbi yenidən artmağa başlayıb.

Bu barədə İqtisadiyyat.az-a Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. Belə ki, iyulun 25-də AMB-nin növbəti valyuta hərracı keçirilib. 

Məlumata görə, hərracda tələb 59.6 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Qeyd edək ki, bu göstərici ötən hərracdan 43,6% çoxdur. Belə ki, iyulun 20-də keçirilən valyuta hərracında banklar 41.5 milyon dollar alış həyata keçirib.

Xatırladaq ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.