Bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Bu barədə Azərbayacan Mərkəzi Bankı məlumat yayımlayıb. Məlumata görə, hərracda tələb 120,9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Qeyd edək ki, bu məbləğ ötən valyuta hərracında satılmış valyutadan 10 mln ABŞ dolları yaxud 7.6% çoxdur.