Türkiyə daxilində mövsüm normalarının üzərində olan hava istiliyi Balıkəsirdə 43,6 dərəcəyə yüksəlib. Bu, şəhər mərkəzində son 74 ilin ən yüksək səviyyəsidir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin Meteorologiya 2-ci Region Müdirliyi məlumat yayıb. 

Məlumata görə, Balıkəsir şəhər mərkəzində hava istiliyi yerli saatla 16:00 etibarilə 43,6 dərəcə Selsi olub.

Rekord temperaturun qeydə alındığı şəhər mərkəzində isti hava şəraiti ilə əlaqədar küçə və prospektlərdə insanların sıxlığı azalıb. Çölə çıxmaq məcburiyyətində qalanların bəziləri günəşdən qorunmaq üçün çətirdən istifadə ediblər.