Bakını Nəsimi rayonunun bir hissəsində elektrik enerjisi təchizatında fasilələr yaranıb.

İqtisadiyyat.az xəbər verir ki, elektrik enerjisi verilişinin dayandırılması səbəbindən Süleyman Rəhimov küçəsində yerləşən bir neçə obyekt işıqsız qalıb.

"Azərişıq" ASC-dən saytımıza verilən məlumata görə, ərazidə qəza baş verməsi səbəbindən elektrik enerjisi təchizatında fasilə yaranıb. 

Həmçinin qeyd edilib ki, artıq qurumun əməkdaşları əraziyə cəlb olunub və qısa müddətdə elektrik enerjisinin təchizatı bərpa olunacaq.

Sadiq Cavadov