Bakının Yasamal rayonunda 41 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

İqtisadiyyat.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1982-ci il təvəllüdlü Əlizadə Leyli Eyvaz qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona burun sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır .