Bir müddətdir azyaşlılarda müşahidə edilən mövsümi xəstəliklər getdikcə şiddətli hal alıb. Pediatrların sözlərinə görə, son bir ayda qızdırma, qusma, öskürək əlamətləri ilə gətirilən uşaqların sayı artıb.

İqtisadiyyat.az bildirir ki, Azərbaycan Uşaqlar Birliyinin sədri, uşaq sığınacağının rəhbəri Kəmalə Ağazadənin mövzu ilə bağlı yazdığı fikirləri də vəziyyətin ciddiliyindən xəbər verib.

O, sığınacaqdakı uşaqların kütləvi olaraq xəstəlikdən əziyyət çəkdiyini bildirib:

"38, 39, 40 dərəcə qızdırma. 14 uşağımız virusa yoluxub.. 3 uşağımıza hal-hazırda xəstəxanada təxirə salınmaz müdaxilələr olunur. Ömürün bu gün ad günüdür, halı pisləşib, o da xəstəxanada. Allahım sən balalarımızı qoru..." 

Qurum sədrinin sözlərinə görə, uşaqlardan biri reanimasiyaya yerləşdirilib.