Nizami rayonunda keçmiş məhkum soyğunçuluq edib.

DİN-in mətbuat xidmətindən İqtisadiyyat.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə iyulun 22-də Bakı şəhər sakini B.Elyasovun “İphone” markalı mobil telefonunun soyğunçuluq yolu ilə naməlum şəxs tərəfindən talanması barədə məlumat daxil olub. 

25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Asif Hüseynov müəyyən olunaraq saxlanılıb. Axtarış zamanı ondan narkotik vasitə olan heroin də aşkar olunaraq götürülüb. Araşdırma aparılır.