Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 23-də Şıx çimərliyində bir nəfərin içərisində pulu, mobil telefonu, qulaqcıq, qol saatı, bank kartları və sənədləri olan çantasını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Qüdrət Sultanov müəyyən olunaraq saxlanılıb. 

DİN-in mətbuat xidmətindən İqtisadiyyat.az-a verilən məlumata görə faktla bağlı araşdırma aparılır.