Əvvəllər məhkum olunmuş Aqil Camalov “Toyota” markalı avtomobildən 630 manat pul oğurlamaq da ittiham olunur. 

DİN-in mətbuat xidmətindən İqtisadiyyat.az-a verilən məlumata görə, Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində “KİA” markalı bir avtomobildən pul, 2 ədəd mobil telefon və sənəd oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Aqil Camalov saxlanılıb. 

Araşdırmalarla onun “Toyota” markalı daha bir avtomobildən 630 manat pul oğurlaması da müəyyən olunub.