Bakıda sərtləşdirilmiş karantin rejimi üçün nəzərdə tutulan polis postlarının bir qisminin götürülməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bir çoxları komendant saatı elan olunacağı üçün postların yığışdırıldığını iddia edir.

İqtisadiyyat.az saytının məlumatına görə, bununla bağlı sonxeber.az-a danışan Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev bildirib ki, postların yığışdırılması ilə bağlı Daxili İşlər Nazirliyi məlumat yayacaq.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov isə məsələdən xəbərsiz olduğunu söyləyib.