Boks Federasiyasının Arenasında “Döyüş Gecəsi” başlayır.
24 dekabr 2022-ci il tarixində Zabit Samedov Fight Club tərəfindən Azərbaycanda ilk dəfə “New Generation Fighting” – yeni nəsil döyüşü, peşəkar MMA və kikboksinq gecəsi keçiriləcək.
İqtisadiyyat.az xəbər verir ki, gecənin əsas qarşılaşması Azərbaycan və Özbəkistan idmançıları arasında olacaq. Yarışın ilk günü 18:00-da başlayacaq.
Onu da bildirək ki, ilk gün tamaşaçılar 10-a yaxın MMA və kikboks döyüşü izləyə biləcəklər.