Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 20 m² olan məişət avadanlıqlarının təmiri sexi və bitişik ümumi sahəsi 20 m² olan ayaqqabı təmiri sexinin yanar konstruksiyaları yanıb.ı

İqtisadiyyat.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yaxınlıqdakı obyektlər yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.