Bakı şəhərinin Xətai rayonunda dənizə yaxın açıq ərazidə yanğın baş verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.