Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun (M1) 46,9-cu km-də yerləşən yol-nəqliyyat hadisəsi zamanı qəzalı vəziyyətə düşən yerüstü piyada keçidində iyunun 6-sı saat 10:00-dan iyunun 7-si saat 11:00-dək təmir işləri aparılacaq.

Bu barədə İqtisadiyyat.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Agentlik sürücülərə sözügedən hissədə hərəkətdə olarkən ərazidə yerləşdiriləcək müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına əməl etmələrin tövsiyə edir.