İsti hava şəraitində keçən günlərin geridə qalması səbəbindən Bakı metrosunda ventilyatorların iş rejiminin payız qrafikinə uyğun qurulmasına başlanılıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, payız fəslində Bakıda havanın dəyişkən ola biləcəyi nəzərə alınaraq hər gün ventilyatorların iş rejimi xüsusi nəzarətdə saxlanılacaq: “Eyni zamanda, daxildə proqnozlarla bağlı məlumatlara xüsusi diqqət yetiriləcək”.

B. Məmmədov bildirib ki, havanın temperaturu yüksəklərsə metronun ventilyatorlarının stansiya və tunellərdə iş rejiminin dəyişdirilməsi mümkündür: “Bu gündəlik monitorinqlər nəticəsində müəyyənləşdiriləcək".