Sumqayıtda “Mən ustayam” müsabiqəsinin növbəti seçim turu keçirilib.

Ölkənin 12 regionunda keçirilən Holcim-in “USTA MƏNƏM” müsabiqəsinin növbəti seçim mərhələsi Sumqayıta çatıb. Qeydiyyatın başladığı andan etibarən müsabiqəyə 1000-dən çox  usta qatılıb, onlardan 320 nəfəri seçim turundan keçmək üçün seçilib. Statistikaya görə, müsabiqə zamanı ustaların işi hesablansa, iştirakçılar tərəfindən 1700 kvadrat metrdən çox divar hörülüb, 43 000 kərpic istifadə edilib və müsabiqənin ümumi vaxtı 2160 saat təşkil edib.

Əvvəlki mərhələlərdə olduğu kimi, iştirakçılar finala çıxmaq hüququ uğrunda həvəslə və peşəkarlıqla mübarizəyə qoşulublar.

Müsabiqə iştirakçılarının peşəkar səviyyəsi o qədər yüksəkdir ki, münsiflər fərqi millimetrlərlə ölçdüklərinə görə xüsusi diqqətlə qiymətləndirmələr aparıblar. “Biz çox şadıq ki, müsabiqə ölkə üzrə ustalar arasında böyük maraq doğurdu və səbirsizliklə ölkənin ən yaxşı ustasının kim olacağını gözləyirik,” - deyə Holcim Azərbaycan şirkətinin kommersiya direktoru cənab Sergiu Stoikov qeyd edib.

"Bu müsabiqə peşə təhsilinin inkişafı və ixtisaslı ustaların hazırlanması istiqamətində gələcək layihələr üçün möhkəm təməl oldu," – deyə Agentliyin İdarə Heyəti sədrinin birinci müavini cənab Rəvayət Musayev bildirib.

Final seçim turu Bakıda keçiriləcək və bundan sonra 30 finalçı ilin ən yaxşı ustası adı uğrunda mübarizə aparacaq. Müsabiqənin qalibi baş mükafat – Pick-up 4x4 avtomobili ilə təltif olunacaq.

Yeniliklər, xəbərlər və eksklüziv pərdəarxası məzmun üçün sosial mediada bizə qoşulun

https://www.instagram.com/holcimazerbaijan?igsh=MTQ2MXU2dnd4ajZwMw%3D%3D&utm_source=qr

https://www.tiktok.com/@usta__menem?_t=8q0eFW7vEYq&_r=1

https://www.facebook.com/share/tTnFUHgJfYsHihYG/?mibextid=LQQJ4d

https://www.instagram.com/ustamenem?igsh=dzJ3NTlzMnQzeTR2&utm_source=qr

https://www.linkedin.com/company/holcim-azerbaijan/

Qeyd edək ki, Holcim Azərbaycan müştəriləri, işçiləri, səhmdarları və icmaları üçün dayanıqlı dəyər yaratmağa sadiq olan aparıcı tikinti materialları və həllər təminatçısıdır. Əsas diqqəti innovasiya, dayanıqlılıq və ətraf mühitin qorunmasına yönəldərək, Holcim Azərbaycan hamı üçün daha yaxşı gələcək qurmaqda etibarlı tərəfdaş olmağa çalışır.