Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin işdən çıxarılan əməkdaşı məhkəməyə müraciət edib.

İqtisadiyyat.az xəbər verir ki, qurumun keçmiş əməkdaşı Yusifov Bəşir Yunus oğlu Xidmətə qarşı məhkəmədə iddia qaldırıb.

O, məhkəməyə müraciətində işdən haqsız yerə çıxarıldığını bildirib. B.Yusifov işə bərpa və işdən çıxarıldığı müddət üçün əməkhaqqı tələbi sürüb.

Onun iddiası Yasamal Rayon Məhkəməsində hakim Toğrul Axundovun sədrliyi ilə araşdırılacaq.