Xəbərə əlavələr olunub

Xocavənd rayonunun Hadrut qəsəbəsində, Zəngilan, Qubadlı və Füzuli rayonunda Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə depo binası inşa olunacaq.

İqtisadiyyat.az xəbər verir ki, FHN-in Əsaslı Tikinti İdarəsi bununla bağlı hazırlıqlara başlayıb.

Nazirlik tikinti işlərinin layihə-smeta sənədlərinin hazırlanmasını “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutuna həvalə edib və müqavilə bağlayıb.

Xatırladaq ki, Şuşa, Ağdam və Ağdərə rayonunda da Dövlət Yanğından Mühafizə Xidməti üçün binaların inşası nəzərdə tutulub.