Bu il yanvar-iyul aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 9 milyard 777,082 milyon manat təşkil edib.

İqtisadiyyat.az BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 % çoxdur.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 27,9 % artaraq 6 515 olub.

BFB-nin dövriyyəsinin 41,2 %-i, yaxud 4 milyard 26,66 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 11,5 % azdır.

Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 32,1 % artaraq 761,581 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 60,7 % artaraq 4 milyard 988,841 milyon manat olub.