Naxçıvan MR Babək rayonu Uzunoba gölündə batan şəxsləri xilas etməyə çalışan fədakar, qəhrəmanlıq edən polis əməkdaşı boğularaq həyatını itirib. 

Bu barədə İqtisadiyyat.az-a DİN-dən məlumat verilib.

Məlumata görə, bu gün xidmətdən kənar vaxt ailəsi ilə həmin gölün kənarında istirahət edən 1982-ci il təvəllüdlü polis serjantı Quliyev Vusal Əbülfəz oglu suya atılaraq göldə boğulma təhlükəsi ilə üzləşən 13 yaşlı uşağı xilas edib. Daha sonra uşağın anası — 1984-cü il təvəllüdlü Aslanlı Səadət Elman qızını xilas etmək istəyərkən polis əməkdaşı da onunla bərabər suda boğularaq ölüblər. 

Allah rəhmət eləsin. 

Məlumatı Naxçıvan MR DİN-in mətbuat xidmətindən təsdiqləyiblər.

*** 23:04 

Uzunoba gölündə iki nəfər boğulub.

İqtisadiyyat.az APA-ya istinadən xəbər verir ki, Uzunoba gölündə 2 nəfər boğulub. Batan 2 şəxsin cəsədi FHN xilasediciləri tərəfindən çıxarılıb. Onlar Aslanlı Səadət Salman qızı və Quliyev Vüsal Əbülfəz oğludur.

2010-cu il təvəllüdlü Mehdiyev Murad Mahir oğlu xilas olunaraq xəsətəxanaya yerləşdirilib.