SOCAR “Azəriqaz” İstehsalat Birliyi növbəti qış mövsümünə tam hazırdır.

İqtisadiyyat.az xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Abonentlərə xidmət şöbəsinin rəis müavini Vüqar Səmədov “Açıq qapı” aksiyası çərçivəsində media və QHT nümayəndələri ilə keçirilən görüş zamanı bildirib.

Onun sözlərinə görə, fors-major halları istisna olmaqla (təbii fəlakət və sair – red.) “Azəriqaz” qışa tam hazırdır.

Qeyd edək ki, bu ilin 1 sentyabr tarixinə Birlik üzrə 2 554 min nəfər abonent var, bunun da 2 513 mini əhali, 41 492 qeyri-əhali abonent qrupuna aiddirlər.