Gürcüstanın Telavi rayonunun azərbaycanlılar yaşayan Qaracalar kəndində koronavirusa yoluxma halı qeydə alınıb.

İqtisadiyyat.az report-un yerli bürosuna istinadən xəbər verir ki, orta yaşlı qadının COVID-19-la bağlı testi pozitiv çıxıb. 

O, Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib.

Hazırda epidemioloqlar Qaracalarda qadının yoluxma mənbəyi və təmasda olduğu şəxsləri müəyyən edir.