Azərbaycan vətəndaşları ötən ay Türkiyədən 65 mənzil alıblar.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) noyabr ayı mənzil satış statistikasını açıqlayıb.

Hesabat dövründə Türkiyədə mənzil satışları illik müqayisədə 20,6% azalaraq 93 min 514-ə enib.

Noyabrda Rusiya vətəndaşları Türkiyədən 637 ev alıblar. Rusiya vətəndaşlarını müvafiq olaraq 234 evlə İran, 128 evlə Ukrayna və 117 evlə Qazaxıstan vətəndaşları izləyib.

 

Gözəl Həşimova