"Hər damlasında həyat var" şüarı altında xalqımıza xidmət göstərən, Azərbaycanın sevilən su brendi Sirabdan təqdirə layiq addım. 


İqtisadiyyat.az xəbər verir ki, Zəfər Günündə su sifariş edən istehlakçılar xoş bir sürprizlə qarşılaşıblar.

Sifariş etdikləri Sirab suyu ilə bərabər zəfərimizin simvoluna çevrilən Xarı bülbül çiçəyinin hədiyyə edilməsi istehlakçılara duyğulu anlar yaşadıb. Sirab markası belə bir addımla bütün azərbaycanlıları tək bir ürək olmaqla birləşdirməyə çalışıb.  Mənəvi dəyəri əvəzolunmaz olan bu hədiyyə  ilə zəfər ruhunu evlərə daşıyıb. 


Zəfərin mübarək, Azərbaycan!