Azərbaycanın səhiyyə qanunvericiliyi təkmilləşdiriləcək.

Bu barədə Azərbaycanın səhiyyə naziri Teymur Musayev bu gün keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, hazırda mövcud normativ hüquqi bazanın bugünkü tələblərə uyğunlaşdırılaraq yeni qanunvericilik sənədlərinin hazırlanması istiqamətində işlər görülür: “Yeni yaradılacaq transformasiya ofisinin fəaliyyət istiqamətlərindən biri də budur. Hazırlanan sənədlərin səhiyyə sektorunun digər iştirakçıları ilə birgə razılaşdırılaraq tətbiqinə başlanılacaq”.