Azərbaycanın peyklərinin sayı artırılacaq.

İqtisadiyyat.az-ın məlumatına görə, bunu Azərkosmos (Azərbaycan Respublikasının Kosmik
Agentliyi) İdarə Heyətinin sədri Saməddin Əsədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Kosmik fəaliyyət haqqında” haqqında yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.

S.Əsədov vurğulayıb ki, kosmik fəaliyyət Azərbaycanın milli maraqlara xidmət etməklə yanaşı kommersiya məqsədləri daşıyır.