Azərbaycanın bank sektoru bu ilin yanvar-fevral aylarında 155,7 milyon manat xalis mənfəət əldə edib.

İqtisadiyyat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,6 % çoxdur.