Azərbaycanəsilli ikinci türk astronavtı Tuva Cihangir Atasever apreldə kosmosa çıxacaq.

İqtisadiyyat.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Kosmik Agentliyinin (TUA) prezidenti Yusuf Kıraç bildirib.

“İkinci astronavt Tuva Cihangir Atasever aprel ayında kosmosa göndəriləcək və təxminən yeddi təcrübə həyata keçirəcək”, - deyə Yusuf Kıraç vurğulayıb.