Azərbaycandan Ukraynaya növbəti humanitar yardım partiyası yola salınıb.

Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav kanevski məlumat yayıb.

“Azərbaycan biznesi ilə birgə təşkil edilən növbəti humanitar yük Ukraynaya yola düşür - Xerson Onkoloji Xəstəxanası üçün generator avadanlığı və 600 kq tibbi yardım dəsti”, – deyə diplomat feysbukda bildirib.