Vəkillər Kollegiyasın üzvü Aftandil Məmmədov vəfat edib. 

Bu barədə İqtisadiyyat.az-a onun yaxınları məlumat verib. 

Bildirilib ki, A.Məmmədov ötən gün uzun sürən xəstəlikdən dünyasını dəyişib. 

Qeyd edək ki, Məmmədov Aftandil Ağaverdi oğlu Beyləqan rayon Vəkil Bürosunda çalışırdı. 

Mərhum A.Məmmədovun oğlu Pərvin Məmmədov da Kollegiyanın üzvüdür.