Bu ilin birinci rübündə Azərbaycan sığorta bazarı üzrə yığımların həcmi 34,2% artaraq 346,910 milyon manata çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib. Bu dövrdə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin həcmi isə ötən ilin eyni dövrünə nisbətən 67,1% artaraq 102,290 milyon manata bərabər olub.

Ödənişlərin yığımlara nisbətən kəskin artması sığorta bazarının zərərliliyini artırıb. Belə ki, ötən il toplanmış hər 100 manat sığorta haqqının 23,7 manatı ödənişə yönəldilibsə, bu ilin birinci rübündə bu rəqəm 29,5 manat təşkil edib.