Azərbaycanda seçicilərin sayı açıqlanıb.

İqtisadiyyat.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə məlumat verib.

Zeynal Nağdəliyev qeyd edib ki, 2022-2024-cü illərdə ölkə ərazisində yerli icra hakimiyyətləri tərəfindən 2,5 milyon ev təsərrüfatına baxış keçirilib və əldə edilmiş uçot məlumatları tam təhlil edilib: "Qeyd olunan məlumatlar əsasında seçici siyahılarının dəqiqləşdirilməsi aparılıb. Ölkə üzrə 125 seçki dairəsində səsvermə hüququna malik olan şəxslərin sayı 1 milyon 153 mindən 22, 2 faiz artaraq 28 iyun 2024-cü il tarixinə 6 milyon 334 min 444 nəfər təşkil edib".