2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunları üzrə Təşkilat Komitəsi yaradılıb.

İqtisadiyyat.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş” iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının 2021-ci il 20 dekabr tarixli növbədənkənar iclasında III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilib. Bildirilir ki, Azərbaycanın MDB Oyunları kimi əhəmiyyətli bir idman tədbirinə ev sahibliyi etməsi onun idman ölkəsi kimi artan nüfuzunun daha da möhkəmlənməsinə, gələcəkdə belə mühüm layihələrin respublikamızda yüksək səviyyədə təşkil edilməsinə müsbət təsir göstərəcək.

2025-ci ilin oktyabr ayında Azərbaycanda III MDB Oyunlarının keçirilməsi üzrə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:

Təşkilat Komitəsinin sədri

Azərbaycan Respublikasının gənclər və idman naziri

Təşkilat Komitəsinin üzvləri:

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktorunun müavini

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini

Heydər Əliyev Beynəlxalq Aeroportu direktorunun müavini

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi baş direktorunun müavini

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti

“CBC Sport” televiziya kanalının baş direktoru

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı

Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini

Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini

Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini

Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini

Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavini

Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini

Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini

Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini

Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini

Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi aidiyyəti yerli icra hakimiyyəti orqanları ilə birlikdə III MDB Oyunlarının keçirilməsinə dair xüsusi tədbirlər planını hazırlayıb Təşkilat Komitəsinə təqdim etməlidir.

Təşkilat Komitəsi III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı zəruri məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.