Azərbaycanda orta aylıq nominal əmək haqqı 581,2 manat (cari məzənnə ilə $341,9 – İF-Az) təşkil edir ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 7,9% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya, rabitə, peşə, elmi və texniki fəaliyyət, nəqliyyat, anbar təsərrüfatı və tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.