Avtomobil təmiri xidməti ilə məşğul olan “Fikay” MMC-nin sahibi Saxavət Bəkirovun Azərbaycandan çıxışı məhdudlaşdırıla bilər.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı məhkəməyə müraciət olunub.

Şirkətin sahibi yığılan vergi borclarını ödəmədiyinə görə, onun ölkədən çıxışına "stop" qoyulması tələb edilib.

Əgər məhkəmə müraciəti təmin etsə, sahibkarın Azərbaycanı tərk etmək hüququ məhdudlaşdırılacaq.