Azərbaycanda 2023-cü ilin yanvar-mart aylarında ictimai iaşə dövriyyəsi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 21,9% artaraq 414,8 milyon manat olub.

İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,7%-i hüquqi şəxslərin, 49,3%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə 28,4% artaraq 207,7 milyon manat təşkil edib.