Hazırda böyük ticarət mərkəzlərinin açılması müzakirə edilir. Onların bu ayın sonuna qədər açılması gözlənilmir”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O qeyd edib ki, bu barədə statistik göstəricilərin təhlili aparıldıqdan sonra qərar veriləcək:

 “Gələcək günlərdə ticarət mərkəzlərinin açılması mümkündür”.

“Mərkəzlərin içərisində yoluxma riskini artıran sahələrə məhdudiyyət qoyula bilər. Məsələn, uşaq əyləncə mərkəzləri və qida bölmələrinin fəaliyyətinə məhdudiyyət qoyulması mümkündür”, - deyə R.Bayramlı qeyd edib.