Hazırkı dövrədək Azərbaycanda 4403 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2819 nəfər müalicə olunaraq sağalıb, 52 nəfər vəfat edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 1532 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.