Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ictimai nəqliyyatdan istifadə edən sərnişinlər üçün tövsiyələr hazırlayıb.

TƏBİB bu tövsiyələrini sosial şəbəkədəki səhifəsi vasitəsilə sərnişinlərə çatdırıb:

“İctimai nəqliyyatdan istifadə edirsinizsə, özünüzü və başqalarını qorumaq üçün COVID-19 infeksiyasının yayılmasının azalmasında nələri etməyin praktik və mümkün olduğunu düşünün. TƏBİB sizə aşağıdakıları tövsiyə edir:

- Xəstəsinizsə, evdə qalın

- İctimai nəqliyyatda fiziki məsafə saxlamaq çətin olduğundan, mütləq maskadan istifadə edin

- Tranzit stansiyanı tərk edərkən və son dayanacaqda əl gigiyenasına riayət edin. Əllərinizi spirt əsaslı dezinfektantla təmizləyin”.