2024-cü ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 8,8 faiz artaraq 1002,8 manat təşkil edib.

Bu barədə İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, əməkhaqqı neft-qaz sektorunda 3845,2 manat, qeyri neft-qaz sektorunda 949,5 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 954,7 manat, özəl müəssisələrdə isə 1054,0 manat olub.

Bundan əlavə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.