2023-cü ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 427,9 manatlıq, o cümlədən 244,4 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 183,5 manatlıq isə qeyri-ərzaq malları alıb.

Bu barədə İqtisadiyyat.az-a Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd edək ki, bu ilin ilk 3 ayı ərzində Azərbaycanda əhali toxuculuq məhsulları, geyim və ayaqqabılara 1 milyard 910 milyon manat, əczaçılıq məhsulları və tibbi ləvazimatlar 311,5 milyon manat, avtomobil benzini və dizel yanacağına 651.7 milyon manat, elektrik malları və mebellərlə isə 581.8 milyon manat xərcləyib.