Saatlı rayonunda baş verən avtomobil qəzası nəticəsində xəsarət alan qadın ölüb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, ötən ayın 24-də, saat 22:30 radələrində Qara Nuru kəndində yol qəzası baş verib.

Belə ki, 2000-ci il təvəllüdlü, rayonun Məmmədabad kənd sakini Astanov Emil Elşad oğlu nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, sərxoş vəziyyətdə, etibarnamə əsasında idarə etdiyi “VAZ- 21063” markalı avtomobili yol kənarındakı binaya çırpıb.

Nəticədə avtomobildəki sərnişin, Emil Astanovun anası 1959-cu il təvəllüdlü Astanova Aybəniz Xanoğlan qızı xəsarət alıb. O, ötən gün Bakı şəhəri Kiliniki Tibbi Mərkəzdə ölüb.

Faktla bağlı cinayət işi başlanılaraq istintaqı aparılır.