Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan İqtisadiyyat.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən yoxdur.

Ölkədə son sutka ərzində 791, hazırkı dövrədək isə 7 640 803 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 75 vaksin vurulub.