Daxili İşlər Nazirliyi Yevlaxda “Qaraçılar məhəlləsi” adlanan küçəyə giriş-çıxışın məhdudlaşdırılmasına aydınlıq gətirib.

İqtisadiyyat.Az xəbər verir ki, DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Oxu.Az-a bildirib ki, “Qaraçılar məhəlləsi”nə giriş-çıxış bir neçə gündür məhdudlaşdırılıb:

“Yevlaxda 80 nəfər koronovirusa yoluxub və onlardan 53 nəfəri həmin məhəllənin sakinləridir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) həmin küçədə yaşayan sakinlərdən yaxma götürüb. Testin cavabları çıxana kimi məhəlləyə giriş-çıxış məhdudiyyəti davam edəcək”.

Qeyd edək ki, Yevlaxda “Qaraçılar məhəlləsi” adlanan küçədə yaşayan sakinlər xüsusi karantin rejimi qaydalarını pozaraq, məhəllədən çıxmaq üçün etiraz aksiyası keçirməyə cəhd göstərib.