Azərbaycanda yeni qəbul olunmuş "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında’ qanunla əlaqədar "Banklar haqqında qanun"da dəyişikliklər edilir.

İqtisadiyyat.az xəbər verir ki, qanunun 38.3 maddəsi çıxarılır.

Bu maddəyə görə, Azərbaycan Mərkəzi Bankı bankların istifadə etdikləri avtomatlaşdırılmış hesablaşma və pul köçürmələri sistemlərinin etibarlığının və təhlükəsizliyinin, bank informasiyasının mühafizəsinin onlar tərəfindən təmin edilməsinə aid minimum tələbləri müəyyən edə bilər.

Bununla yanaşı, bu səlahiyyətlər AMB-də qalmaqda davam edir, çünki "Mərkəzi Bank haqqında" qanunun 48.3.4-cü maddəsində öz əksini tapıb.