Azərbaycanda ödəniş kartlarının sayının artması 2021-ci ilin Fevral ayında da davam edib. 

Bu barədə Mərkəzi Bank məlumat yayımlayıb. 

Məlumata görə 2021-ci ilin Fevral ayının sonunda cəmi ödəniş kartlarının ümumi sayı 9 milyon 579 min ədəd təşkil edib.  

Yanvar ayının sonu ilə müqayisədə Fevral ayı ərzində cəmi ödəniş kartlarının sayı 166 min ədəd artıb. Yanvar ayında cəmi ödəniş kartlarının sayı 183 min ədəd artmışdı.

Fevralda sosial kartların sayı 35 min ədəd artaraq 3 milyon 449 min ədədə, əməkhaqqı kartlarının sayı 3 min ədəd artaraq 2 milyon 528 min ədədə, sosial və əməkhaqqı kartı olmayan digər debet kartlarının sayı 113 min ədəd artaraq 2 milyon 481 min ədədə, kredit kartlarının sayı isə 16 min ədəd artaraq 1 milyon 121 min ədədə çatıb.