"Pakistanda 23 əsgərin həlak olduğu dəhşətli terror aktı xəbəri  bizi dərindən sarsıdıb və kədərlənib".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-nin "X" hesabında bildirilib:

"Qardaş Pakistan İslam Respublikasına dərin hüznlə başsağlığı verir və həmrəyliyimizi bildiririk. Biz terrorizmin bütün formalarını kəskin şəkildə pisləyirik", - paylaşımda qeyd olunub.