Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev ermənistanlı həmkarı Mger Qriqoryanla görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, onlar iki ölkənin sərhəd bölgəsində bir araya gəliblər.

Tərəflər Azərbaycan və Ermənistan liderləri səviyyəsində müxtəlif formatlarda əldə edilmiş razılaşmaları nəzərə alaraq delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər.