Ürək-damar xəstəliklərindən ölənlərin sayına görə dünya reytinqi açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "World of Statistic" hesabat paylaşılıb. Araşdırma hər 100 min nəfərə düşən analoji ölüm sayı üzrə aparılıb. 

Siyahıda ilk yeri 389 nəfərlə Tacikistan tutur. Hər 100 min nəfərə 388 ölüm faktı ilə Azərbaycan Tacikistandan sonra ikinci yerdədir.

Maraq üçün regiondakı digər ölkələrin yerlərini təqdim edirik. 

3. Özbəkistan 354
4. Ukrayna 305
10. Belarus 282
27. Rusiya 204
35. Qazaxıstan 181
37. Litva 174
54. İran 142
117. Türkiyə 95

Son üç yerdə isə Yaponiya (30), Fransa (30) və Cənubi Koreya (27) qərarlaşıb. İlk 10-luqla aşağıdakı fotoda tanış ola bilərsiniz.