Ölkə üzrə pos-terminalların işində nasazlıq yaranıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, əsasən Bakının Xətai rayonunun Əhmədli qəsəbəsində və Suraxanı rayonunun Hövsan qəsəbəsində pos-terminallar işlək vəziyyətdə deyil.

"Azərikard"dan bildirilib ki, şəbəkə xətası ola bilər. Hazırda bu istiqamətdə ölkə üzrə çətinlik yaşanır.